Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər.
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Skautlarının Liderlik Kursu”na
qeydiyat başladı.
Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da onları yetişdirən, inkişaf etməsində bir başa zəhməti keçən, öz cığırlarını tapmasında, gələcəyə uğuru addımlar atmasında, əsl skaut dəyərlərini mənimsənilməsində dəstək göstərən, ailə və məktəb arasındakı boşluqları tamamlamaq üçün böyük əziyyəti olanlar isə skaut liderləridir. Qısaca Liderlər təşkilatın sütununu möhkəm saxlayan və daim ona nəzarət edən əsas qəhrəmanlardır.
Siz də əsl skaut lideri kimi yetişmək, cəmiyyətə fayda vermək, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin inkişafına töhfə vermək, ən əsası öyrədərək öyrənmək istəyirsinizsə 2024-cü ilin #Mart ayında həyata keçiriləcək 5 günlük Milli Təlim Proqramı daxilində həyata keçiriləcək “Təməl Liderlik Kursu”na (№ ASA-MTP009-TL24-1) qatılmaq üçün qeydiyyatdan keçin.
Qeydiyyat linki: https://bit.ly/3yYTW0I
Qeydiyyatdan keçmiş və skaut lideri olmağa uyğun olan hər kəs ikinci mərhələyə – müsahibəyə dəvət ediləcəklər.
Qeyd: Qeydiyyatdan keçərkən özünüzü dolğun ifadə etməyi unutmayın!
Yaş: 20+
Tarix: 21-25.03.2024
