Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Qaliblərdən biri də Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təqdim edilmiş “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsidir.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant qazanıb.
Ətraflı: https://bit.ly/3v0u2M5