“Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi baş tutub

2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı çərçivəsində həyata keçirilən “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi yekunlaşıb.

Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində “səyyah” yaş qrupuna (18-22 yaş) mənsub gənc skautların bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsi məqsədilə həyata keçirilən layihənin təlimlər hissəsində iştirakçılara Dayanıqlı İnkişaf Məqsədlərinin onların növbəti fəaliyyətlərindəki rolu, bu fəaliyyətin təşkil edilmə metodları, skautların bu məqsədlərə nail olmaq üçün göstərəcəkləri səylərin necə artırılması öyrədilib. Daha sonra onlar öz icmalarında bunu təbliğ və tədris edəcəklər.

Təlimlərin ilk günü iştirakçılar Azərbaycan Skautlar Assosiasiyasının təlim müvəkkili Səadət Ağayevanın təqdimatında “Dayanıqlı İnkişaf Məqsədləri” konsepsiyası ilə bağlı təlim sessiyalarında iştirak ediblər. Təlim sessiyaları nəzəri, praktiki və təqdimat hissələrindən ibarət olub. Refleksiya qruplarının görüşündə iştirakçılar gün ərzində öyrənmə prosesi ilə bağlı təəssüratları bölüşüblər.

Layihənin ikinci gününə gümrah başlayan gənc skautlar Günü birinci yarısı Ülvi Məmmədov tərəfindən keçirilən iki hissəli “Qeyri-formal təhsilin əsasları” adlı təlimdə və Avropa Şurasının “Kompass” vəsaitindən istifadə edilməklə mövzuya uyğun məşğələlərdə iştirak ediblər. Günün davamında təlimçi Elnur Arifzadənin təqdimatında “Müstəqil öyrənmə” və Səadət Ağayevanın təqdimatında “İctimai vəkillik və insanlar mərkəzli vəkillik” təlimləri baş tutub. Gün sonu refleksiya qruplarının görüşündə iştirakçılar gün ərzində öyrənmə prosesi ilə bağlı təəssüratları bölüşüblər.

Təlimin son günü skautlar “DİM-in təbliği və tədrisi zamanı əsas alətlər”, “DİM-in ASA modeli: Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı” təlim sessiyalarında iştirak ediblər. Qiymətləndirmədən sonra rəsmi bağlanış mərasimi baş tutub. Layihədə iştirak etmiş gəncs skautlar və işçi heyətə şəhadətnamələr və təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası və “Global Shapers Shamakhi Hub” layihənin tərəfdaşlarıdır.

Layihə çərçivəsində “Daha yaxşı dünya üçün!” adlı çempionlar proqramına qoşulan hər bir iştirakçıya təşəkkü edirik! ?

#AzGF#GenclerFondu#İdeyanıReallaşdır2022#GəncSkautlarDayanıqlıİnkişafNaminə#ScoutsofAzerbaijan#GlobalShapersShamakhiHub

Related Posts

Avropa Dayanıqlılıq Forumunda iştirak et!

Avropa İttifaqının Erasmus+ qrantı tərəfindən maliyyələşdirilən “European Earth Tribe” layihəsi çərçivəsində sizi 16-20 oktyabr 2024-cü il tarixlərində Yunanıstanda keçiriləcək Avropa Dayanıqlılıq Forumunun ikinci buraxılışında iştirak etməyə dəvət…

Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli…

HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır. Düşərgənin ikinci…

HACIKƏNDDƏ “XƏMSƏ” ADLI DÜŞƏRGƏ BAŞ TUTUB

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Gəncə Gənclər Evi SXM-nin dəstəyi ilə Hacıkənd qəsəbəsində Nizami Gəncəvi İli çərçivəsində “Xəmsə” adlı yay düşərgəsi təşkil edilib. Düşərgəyə yerləşən skautlar nahardan…

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən…

XALIT – 1 DÜŞƏRGƏSİ YEKUNLAŞIB

3 gün davam edən düşərgədə skautların psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə”…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir