Əməkdaşlarımız Gürcüstanda Səyyahlar üçün Proqram ilə bağlı vörkşopda iştirak ediblər

Son illərdə Avrasiya Skaut Regionunda mühüm səylər göstərilmişdir ki, Milli Skaut Təşkilatları skautinq təhsil fəaliyyətinin əsas elementi olan Gənclər Proqramlarını hazırlayıb həyata keçirə bilsinlər.

Çox sayda Milli Skaut Təşkilatları əsasən uşaqlar və yeniyetmələr üçün cəlbedici və mənalı fəaliyyətlər təklif etmək üzərində çox çalışır. Bununla belə, skautinqin təhsil təklifi gənclər yetkinliyə keçənə qədər dayanmamalıdır; şəxsi inkişafın son mərhələsi üçün Skautinq Səyyah Skaut proqramını təklif edir.

İştirakçılar artıq Gürcüstandadır.

Məhz Azərbaycan Skautlar Assosiasiyasının bir neçə ildir ki, üzərində çalışdığı Milli Gənclər Proqramının Səyyahlar bölməsinin təkmilləşdirilməsi üçün çalışan şəxslərin bu sahədə biliklərini artırmaq və yerli sosial və mədəni xüsusiyyətləri nəzərə alaraq Milli Skaut Təşkilatının onu həyata keçirməyə başlaması üçün əsaslı zəmin yaratmaq üçün bir qrup əməkdaşı  11-13 noyabr 2022-ci il tarixində Gürcüstanda yerləşən Rustavi Beynəlxalq Skaut Mərkəzində “Səyyahlar Proqramı barədə vörkşop” adlı tədbirdə iştirak edib.

7 ölkədən 30-dək iştirakçı iştirak edib.

Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan və Ermənistanın milli skaut təşkilatlarından səyyah skautlar bölməsinə  məsul olan şəxslərin iştirak etdiyi seminarın məqsədi hər bir skaut təşkilatı üçün vahid və tam Gənclik Proqramını təmin etmək üçün Səyyahlar bölməsinin  inkişafı və həyata keçirilməsinin daha yaxşı başa düşülməsi üçün əməkdaşlıq edilməsi olub. Təlimlər İrlandiya, Portuqaliya və digər ölkələrdən olan təlimçi və fasilitatorlar tərəfiondən tədris edilib.

Beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasını Milli Baş Müvəkkil Ülvi Məmmədov, Beynəlxalq işlər üzrə Müvəkkil Fərid Süleyman və Səyyahlar Dəstəsinin Lideri İslam Şükürov təmsil ediblər. Layihənin ilk günü onlar “Gənclərin xüsusiyyətlərini araşdırmaq”, “Yetkinlik dövrü və bunun proqrama təsiri”, “Skautinq dəyərlərinin praktiki tətbiqini və onun Rover Skautları tərəfindən görülən tədbirlərdə necə göründüyünü qiymətləndirmək”, “Simvolik Çərçivə”, “Komanda sistemi”, “Təbiət və Ətraf Mühit”, “Öyrənmə imkanlarını araşdırmaq” adlı təlimlərdə iştirak ediblər.

Layihənin ilk günü “Beynəlxalq Gecə” ilə bitib. Təmsilçilərimiz digər ölkələrdən olan iştirakçıları Azərbaycanın mədəniyyət nümunələri, rəqslər və milli mətbəximizlə, o cümlədən Azərbaycanda skautinq hərəkatının həyata keçirilməsi ilə bağlı məlumatlarla tanış ediblər.

Bol enerji ilə başlayan layihənin ikinci günü iştirakçılar “Böyükyaşlıların dəstəyi”, “Səyyahlar Bölməsində böyükyaşlıların hərəkətlərinin mühüm balansını qiymətləndirmək”, “Səyyahlar nə edir”, “Güclü Səyyah skaut bölməsinin nə olduğunu və bunu milli skaut təşkilatında reallığa çevirmək üçün nəyin lazım olduğunu bilmək”, “Səyyahlarla layihələr” adlı seminarlarda iştirak ediblər.

Günün sonunda bütün düşərgə heyəti Rustavi Beynəlxalq Skaut Mərkəzinin düşərgə tonqalı bölməsində – “Kollizeydə” toplanaraq müxtəlif maraqlı fəaliyyətlər icra ediblər. Onlar öz ölkələrində axşam proqramlarında icra etdikləri oyun və fəaliyyətləri nümayiş etdirərək bir-birindən öyrəniblər.

İştirakçılar layihənin son günü  ilk 2 gün ərzində öyrənilən bilik və bacarıqları təkrarlayaraq bu günə qədər verilən bilikləri nəzərə almaq və qarşıdakı fəaliyyətə hazırlamaq üçün birgə fikir mübadiləsi aparıblar. Qiymətləndirmə mərhələsindən sonra hamı öz ölkəsinə getmək üçün yola düşüb.

İştirakçılara 33 saatlıq tədris prosesini keçdiklərinə dair sertifikatlar təqdim edilib.

Beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasını Ülvi Məmmədov, Fərid Süleyman və İslam Şükürov təmsil ediblər. Dünya Skaut Hərəkatı Təşkilatının Gənc məsləhətçisi Fatimə Əliyeva da layihəyə öz töhvəsini verib. Layihə bitdikdən sonra layihədə iştirak edən kontinqent Tbilisidə şəhər turuna çıxıblar.

Onlar öyrəndikləri yeni bilik və bacarıqları yaxın müddətdə skaut icması  ilə bölüşərək ASA-nın Milli Gənclər Proqramına öz töhvələrini verəcəklər.

14.11.2022

Related Posts

25-ci Dünya Skaut Camborisinə qeydiyyat başladı!

>>> 2023-cü ilin avqust ayında Cənubi Koreya tərəfindən ev sahibliyi ediləcək 25-ci Dünya Skaut Camborisi (25th World Scout Jamboree) tədbirinə Azərbaycanı və Azərbaycan Skautlarını təmsil etmək istəyən…

Skautumuz Nyu-Yorkda “Transforming Education Summit 2022″də

Azərbaycan Skautlar Assosiasiyasının üzvü Rezida Rzayeva 16, 17, 19 sentyabr trixlərində BMT-nin Nyu Yorkdakı baş ofisində keçirilən “Transforming Education Summit 2022″də iştirak edib. Sammitə o, Azərbaycan Skautlar…

Böyükyaşlı üzvümüz Makodoniyada “European Agora” tədbirində iştirak edib

Azərbaycan Skautlar Assosiasiyasının böyükyaşlı üzvü, İctimaiyyətlə əlaqələr sub-komitəsinin əməkdaşı İslam Şükürov Dünya Skaut Hərəkatı Təşkilatının 13-cü “European Agora” beynəlxalq tədbirində iştirak edib. Bu tədbir “Excelscout 2022” tədbiri…

“EkoLoqika – gənclər üçün beynəlxalq təlim proqramı”nda

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan “EkoLoqika…

Skautlar Mingəçevirdə festivalda

“Güclü Atalar, Güclü Qızlar – Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində ilk festival Mingəçevir şəhərində baş tutub.Azərbaycan Skautlarının böyükyaşlı üzvləri tərəfindən möhtəşəm şəkildə başa…

“Turan Skautları” layihəsi qrant müsabiqənin qalibi olub

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri elan edilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir