Skautumuz Nyu-Yorkda “Transforming Education Summit 2022″də

Azərbaycan Skautlar Assosiasiyasının üzvü Rezida Rzayeva 16, 17, 19 sentyabr trixlərində BMT-nin Nyu Yorkdakı baş ofisində keçirilən “Transforming Education Summit 2022″də iştirak edib.

Sammitə o, Azərbaycan Skautlar Assosiasiyasını “Azərbaycandan 100-lərlə Qız” sosial layihəsilə təmsil etdiyi UNESCO-nun #SDG4Youth Şəbəkəsinin üzvü olaraq qatılıb və “Big Education Conversation”sessiyalarından birinə fasilitatorluq edib.

“Transformation Education Summit 2022” haqqında:

Təhsili insan hüquqları, sülh üçün əsas, başqalarının hüquqlarına hörmət və dayanıqlı inkişaf, tolerantlılıq kimi tanıyaraq Birləşmiş Millətlər Təşkilatı 16 sentyabr “Mobilization day”, 17 sentyabr “Solutions day” və 19 sentyabr “Leaders day” olmaqla dünya liderlərini BMT-nin baş ofisində bir araya gətirib.

WOSM və WAGGGS təmsilçiləri ilə yanaşı, tədbirdə iştirak etmiş digər skautlarla görüşən Rezidanın sammit haqqında fikirlərini sizinlə bölüşürük:

“BMT-nin Baş ofisində keçirilən belə bir böyük miqyaslı tədbirdə Azərbaycan adından iştirak edib Melinda Gates, Malala Yousafzai, UN Youth Envoy Jayathma Wickramanayake kimi gənclərin inkişafında böyük rolu olan qadın liderləri canlı-canlı dinləyib, ünsiyyət qurmağa nail olmaqdan məmnunluq duyuram. Hazırda ABŞ-da mübadilə proqramında iştirak etməyim bu tədbirə dəvət almağıma səbəb oldu. Azərbaycan Skautlar Assosiasiyasını əsas məqsədi insan hüquqları, gender bərabərliyi, qızların inkişafı və fürsətləri təbliğ etməyə yönəlmiş “Azərbaycandan 100-lərlə Qız” (100 Girls of Azerbaijan) layihəsi ilə təmsil etmək, xüsusilə gənc qızların keyfiyyətli təhsilə çıxışına tövhə verməyim və daha çox 100-lərlə qıza çatmağım üçün mənə böyük motivasiya oldu. Skautinqin bir hissəsisənsə, hərəkatın olduğu hər yerdə doğmaların var deməkdir. Məhz bu skautinq ruhu ilə Azərbaycandan 8 saat fərqi olan dünyanın digər nöqtəsində Dünya Skaut Hərəkatı Təşkilatının təmsilçiləri ilə birləşdik, ailəmizi birlikdə layiqincə təmsil etdik.”

Related Posts

Əməkdaşlarımız Gürcüstanda Səyyahlar üçün Proqram ilə bağlı vörkşopda iştirak ediblər

Son illərdə Avrasiya Skaut Regionunda mühüm səylər göstərilmişdir ki, Milli Skaut Təşkilatları skautinq təhsil fəaliyyətinin əsas elementi olan Gənclər Proqramlarını hazırlayıb həyata keçirə bilsinlər. Çox sayda Milli…

25-ci Dünya Skaut Camborisinə qeydiyyat başladı!

>>> 2023-cü ilin avqust ayında Cənubi Koreya tərəfindən ev sahibliyi ediləcək 25-ci Dünya Skaut Camborisi (25th World Scout Jamboree) tədbirinə Azərbaycanı və Azərbaycan Skautlarını təmsil etmək istəyən…

“Juliette Low” Seminarına qeydiyyat başladı – 100 qıza çat!

WAGGGS-ın liderlik simvolu olan “Juliette Low”Seminarında iştirak edib, yüzlərlə qızın inkişaf etməsinə səbəb olmaq istəyirsinizsə, bu proqram sizin üçündür. Müraciət üçün meyarlar:• 18-29 yaş arası;• Yaxşı səviyyədə…

Böyükyaşlı üzvümüz Makodoniyada “European Agora” tədbirində iştirak edib

Azərbaycan Skautlar Assosiasiyasının böyükyaşlı üzvü, İctimaiyyətlə əlaqələr sub-komitəsinin əməkdaşı İslam Şükürov Dünya Skaut Hərəkatı Təşkilatının 13-cü “European Agora” beynəlxalq tədbirində iştirak edib. Bu tədbir “Excelscout 2022” tədbiri…

“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim…

Azərbaycanda ilk dəfə “Wood Badge” beynəlxalq tədbiri həyata keçirilir

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir