Skautlarımız səmti müəyyən etmə yarışında iştirak ediblər

Dənizkənarı Bulvar və İçəri Şəhər ərazilərində ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan səmti müəyyən etmə üzrə “Zəfər Kuboku” yarışı keçirilib.

Beynəlxalq Könüllülər Günü həyata keçirilən yarış 44 skautumuzun iştirak ilə Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Sonda qalib olan skautlarımıza mükafatları təqdim edilib.

Skautlarımızı və Qrupa liderlik edən İradə Museyibovanı təbrik edirik.

AZƏRTAC-a istinadən xəbər veririk ki, 7 kateqoriya üzrə keçirilən yarışda 250-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Kişilər arasında elit kateqoriyada Neftçi İdman Klubunun idmançısı Gennadiy Klim yarışın qızıl medalını qazanıb. Yuriy Çernov (Dağçılıq İdman Klubu) ikinci, Mirzə Hüseynzadə (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü olub. Bu kateqoriyada qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin İdman Klubunun idmançısı Sevda Verdiyeva rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Nataliya Şiyanova (Dağçılıq İdman Klubu) yarışın gümüş, Elina Çerpakova (Neftçi İdman Klubu) isə bürünc medalını qazanıb.

Yarışda qonaq qismində iştirak edən “Azərbaycan bayrağı” ordenli polkovnik Tehran Mənsimov səmti müəyyənetmə idman növünün hərbi idman növü olduğunu qeyd edərək gənclərin bu idman növü ilə məşğul olmalarının vacibliyini qeyd edib, onlara gələcəkdə uğurlar arzulayıb.

Tədbirin sonunda polkovnik Tehran Mənsimov yarışın qalibi olmuş Dağçılıq İdman Klubuna “Zəfər Kuboku”nu təqdim edib.

Related Posts

Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb

YAŞAT Fondu, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb. 28-31…

Another day for #restorekarabakh

Our scouts continued their visits to the liberated territories within the framework of the project “Youth participation in the environmental assessment of the liberated territories”, organized by…

Skautlar Qarabağda!

IDEA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati və Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi çərçivəsində gənclər…

QHT-lər ilə Qarabağda ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və ekoloji tarazlığın bərpasına həsr olunan fikir mübadiləsi görüş

Ekologiya istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə Qarabağda ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və ekoloji tarazlığın bərpasına həsr olunan fikir mübadiləsi görüşü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir