“Skaut Liderlərinin Sertifikatlaşdırılması” proqramı

Azərbaycan Skautlar Assosiasiyası Milli Komitəsinin 06.11.2021-ci il qərarına əsasən Liderlərin təkmilləşdirilməsi və effektliyinin artırılması məqsədi ilə 2022-ci ilin ilk rübündən “Skaut Liderlərinin Sertifikatlaşdırılması” proqramı həyata keçiriləcək.

Qərarə əsasən Dəstə və Qrup lideri kimi fəaliyyət göstərmək istəyən skautlar proqramı tamamlamalı və #FƏALİYYƏTSERTİFİKATI əldə etməlidirlər.

Sertifikatlaşdırılma proqramı həm cəri liderlər, həm də lider olmaq istəyən bütün böyükyaşlı skautlara şamil edilir.

Qeyd edək ki, sertifikatlar 1 il qüvvədə olacaq və növbəti il seritifikatı əldə etmək istəyən liderlərin fəliyyətlərinə və effektifliyə yenidən baxılacaq.

Proqramda iştirak və daha ətraflı məlumatlar tezliklə paylaşılacaq.

“Wood Badge” nədir və niyə əhəmiyyətlidir?

İki il əvvəl ABŞ-ın Qərbi Virciniya ştatında dünyanın ən böyük düşərgəsi – Jamboree2019-da Azərbaycan Skautları üçün çox əhəmiyyətli və fəxrli hadisə baş verdi. Skautinq sahəsində aktiv böyükyaşlı üzvümüz Fatimə Əliyeva Azərbaycan Skautları arasında ilk Taxta Nişan alan skaut oldu və bizə böyük sevinc bəxş etdi.

2019 – Fatimə Əliyeva və Joao Armado, Virciniya, ABŞ

Bu mötəbər və əhəmiyyətli proqram 2022-ci ildə ilk dəfə Azərbaycanda baş tutacaq və illərdir skautinq sahəsində Azərbaycanda əhəmiyyətli dərəcədə fəaliyyət göstərmiş Liderlərimiz həmin proqramın iştirakçısı olaraq fəxrli və şərəfli Wood Badge-ə sahib olacaqlar.

Fatimə Əliyeva

Bilməyənlər soruşa bilər ki, “Wood Badge” nədir və nəinki Azərbaycan, hətta bütün dünyada olan 57 milyon skaut üçün niyə bu qədər əhəmiyyətlidir?

Taxta Nişan (Wood Badge) skautlar üçün təlim kursudur və nəticədə onlar sertifikat və təlimi keçdiyinə dair nişanlar əldə edirlər. Skautinqin banisi Lord Baden-Pauell 1919-cu ildə ilk kursu həyata keçirdi və iştirakçıların hər birinə Afrika komandiri Dinizuludan götürdüyü muncuqlardan birini verdi. Kursun adı beləcə yarandı, çünki onun simvolu sözün əsl mənasında taxta nişanı idi.

Wood Badge əlavə olaraq Skauinqin əsas təlim kursudur. Baden-Pauell onu elə tərtib edib ki, skautlar skaut bacarıq və üsullarını mümkün qədər praktiki şəkildə öyrənə bilsinlər. Bu, ilk növbədə, etməklə öyrənməkdir(Learning by doing). Kursun üzvləri patrul, onlar isə dəstə şəklində formalaşır. Bütün dəstə bir həftə boyunca açıq havada yaşayır, düşərgə qurur, öz yeməklərini bişirir və Skaut bacarıqlarını məşq edirlər.

Ümumiyyətlə Skautinqin unikallığı patrul metodudur. Altı və ya səkkiz nəfərdən ibarət patrul öz liderini seçən və bir çox öz fəaliyyətlərini planlaşdırıb həyata keçirən kiçik demokratik cəmiyyətdir. Burada onlar insanlarla işləməyi öyrənirlər. Burada da onlara liderlik və onları gələcək vətəndaş rollarına hazırlayan öyrənmə imkanları verilir. Bu səbəbdən bütün böyüklərin patrul metodunu hərtərəfli başa düşməsi çox vacibdir.”

Ülvi Məmmədov

WoodBadge təlimi ilk dəfə Azərbaycanda!

Skautların ən yüksək dərəcəli təlim proqramı #WoodBadge təlimi ilk dəfə 18-24 fevral 2022-ci il tarixdə Azərbaycanda.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək beynəlxalq sertifikatlı proqram sizə #ikitaxtalı nişanı qazanmağa imkan yaradacaq.

Beynəlxalq təlimçilərin həyata keçirəcəyi proqrama qoşulmaq üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

“Wood Badge” peşəkar səviyyələrdə yetişkin liderlər üçün qabaqcıl liderlik təlimidir. Dünya üzərində bir və daha çox həftədən ibarət olan təlim, patrul metodundan istifadə edərək skaut metodlarından və peşəkar skaut ustadlarının təcrübəsini yaşamaqla öyrədilir.

Wood Badge proqramı iştirakçılara Skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrənmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar Skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

Skautinqin qurucusu Lord Robert Baden-Powell, 1919-cu ildə Skautları üçün “yaxşı təlim keçmiş liderlər yetişdirməli” vizyonunun bir hissəsi olaraq Wood Badge kimi tanınan nişanı təqdim etdi. Wood Badge, böyüklərə yeni Skaut hərəkatında oğlanlarla işləmək üçün lazım olan bacarıqları öyrətmək vasitəsi olaraq başladı.

Keçən 100 il ərzində “Wood Badge”, Skaut liderlərinin liderlik bacarıqlarını inkişaf etməsində dəstək olan bir proqrama çevrildi və #Scoutcraft`la yanaşı digər müxtəlif təlim kursları ilə həyata keçirilməyə başladı.

Kriteriyalar üçün daxil ol

ELAN:MİLLİ BAŞ ASSAMBLEYA – 2022

AZƏRBAYCAN SKAUTLAR ASSOSİASİYASININ ÜZVLƏRİNİN NƏZƏRİNƏ.

“Azərbaycan Skautlar Assosiasiyasının IX Qurultayı 2022-ci ilin mart ayının 13-də Bakı şəhərində keçiriləcəkdir.

Baş Assambleyanın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  • Azərbaycan Skautlar Assosiasiyası sədrinin seçkiləri.
  • Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvlərinin seçkiləri.
  • Azərbaycan Skautlar Assosiasiyasının Auditor Komissiyasının üzvlərinin seçkiləri.
  • Azərbaycan Skautlar Assosiasiyasının 3 illik ­ strategiya və planının qəbul edilməsi.
  • Hesabatların qəbul edilməsi.
  • Cari məsələlər.

Qurultayda Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsinin 3.3.2 maddəinə müvafiq olaraq skaut liderləri iştirak etmək üçün öz namizədliklərini elektron ünvan və ya poçt vasitəsi ilə qeyd edilmiş tarixlərə qədər irəli sürə bilərlər.

  • Dedlayn 25 Dekabr 2021-ci il
  • Dedlayn 25 Yanvar 2021-ci il
  • Dedlayn 25 Yanvar 2021-ci il
  • Dedlayn 25 Yanvar 2021-ci il
  • Qurultayda iştirak edə bilməyən üzvlər üçün səs hüququnun digər iştirakçıya həvalə edilməsi Etibarnamə forması
  • Email: qurultay@scout.az
  • Ünvan: Ceyhun Hacıbəyli 30,

AZ1007 Bakı, Azərbaycan.

Əlavə məlumat üçün:

  • Telefon: +994708042804