EKO-SKAUT DÜŞƏRGƏSİ BAŞ TUTACAQ

Dostlar, hamınızın böyük maraqla gözlədiyi növbəti Eko-skaut düşərgəsi bir müddət ara verildikdən sonra yenidən baş tutacaq.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Skaut Assosiyası ilə birgə, IDEA eko-skaut proqramı çərçivəsində təşkil edilən Hirkan Milli Parkında 16-18 oktyabr tarixində “Təbiətin keşiyində” adlı yeni bir düşərgə təşkil olunacaq. İştirakçıları Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.

?Eko-skaut düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər:
Yaş həddi: 18-25
Təhsil: Ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan və ya təhsilini tamamlamış gənclər
Qeyd: Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.

Düşərgədə iştirak etmək istəyənlərdən https://forms.gle/PzNx2QHThzgxaVwFA linkdəki formanı doldurmaları xahiş olunur. Əlavə məlumat üçün: Tel.: +(994 12) 4976316

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası “Sülh” Skaut Düşərgəsini elan edir.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq “Sülh” Skaut Düşərgəsi sizi gözləyir! Azərbaycanın gözəl bölgələrindən biri olan Xaçmaz…

Şamaxıda məktəblilər üçün 3 günlük skaut düşərgəsi təşkil olundu

Liderlik, dostluq və həyat bacarıqları ilə zəngin 3 günlük düşərgə Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan…

Göygöldə “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində 3 günlük yay düşərgəsi keçirildi

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi olan “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində Göygöl rayonunun Köşkü kəndində 3 günlük möhtəşəm yay düşərgəsi…

Xaçmazda məktəblilər üçün qeyri-formal təhsilə əsaslanan yay düşərgəsi təşkil olundu

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib. Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. Düşərgə…

Ülvi Məmmədovun Azərbaycan Skautlar Assosiasiyasının Baş Katibliyi vəzifəsindən ayrılması ilə bağlı məlumat

Əziz skaut ictimaiyyəti, bacılar və qardaşlar, Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili (Baş Katibi) Ülvi Məmmədovun Assosiasiyanın sədrinə ünvanladığı müraciət məktubunun nəticəsi olaraq, 31 mart 2025-ci il…

Skautların Ekstrimal düşərgəsi

DÜŞƏRGƏNİN PROQRAMI: İŞÇİ HEYƏT: SƏNƏDLƏR: TOPLAŞMA HAQQINDA MƏLUMAT: (xəritədə bax) DÜŞƏRGƏDƏ SCOUT SHOP OLACAQ!!! Biz çox sevincliyik ki, bu qış düşərgə zamanı scout shop açılacaq. Burada bütün…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir