WAGGGS-ın tarixində ilk virtual Dünya Konfransına Azərbaycan Skautlar Assosiasiyasından da nümayəndə heyəti qatılıb

Dünya Qız Bələdçilər və Qız Skautlar Assosiasiyasının (WAGGGS) 37 -ci Dünya Konfransı davam edir! 🌎🎗

WAGGGS-ın tarixində ilk virtual Dünya Konfransına Azərbaycan Skautlar Assosiasiyasından da nümayəndə heyəti qatılıb.

Belə ki, ASA-nın Milli Komitə üzvü Ülkər Xanlarova və WAGGGS üzrə beynəlxalq fəaliyyətlər Müvəkkili Rezida Rzayeva konfransda ölkəmizi təmsil ediblər.

#37WoCo#WalkingTogetherWalkingFar

Türkiyə Skautlarına məktub

Əziz türk bacı və qardaşlarımız,

Azərbaycan Skautları adından Türkiyə Skautlarını salamlayırıq.

Türkiyədə son günlərdə baş verən və davam etməkdə olan meşə yanğınlarından xəbər tutduq və çox məyus olduq. Həyatını itirən sakinlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfalar diləyirik! Bu yanğınlar bəşəriyyət tarixində baş verən faciələrdən biridir. Hansı ki, insanlara, heyvanlara və ümumi təbiətə ziyan vurur və bunlar ümumilikdə bizi kədərləndirir. Türkiyə skautlarının və skaut liderlərinin bu yanğınlar zamanı göstərdiyi şücayət və qəhrəmanlıqlarından dolayı sizi alqışlayır və rəğbət hissi qarşılayırıq!Lazım gələrsə biz də türk qardaşlarımızın yanında olmağı özümüzə borc bilirik! Tezliklə bu fəlakət bitsin və ağciyərlərimiz olan meşələrdə yanğınlar sona çatsın!

Hörmətlə,

Azərbaycan Skautları

#PrayForTurkey#Ciğerlerimizyanıyor

Elan: Təkmilləşdirmə Məktəbi – 1

Azərbaycan Skautlar Assosiasiyasında lider (və ya lider köməkçisi) kimi fəaliyyət göstərən üzvlər və böyükyaşlı skautların təşkilatdakı vəzifəsindən irəli gələn skaut funksiyalarını lazımi qaydada yerinə yetirməsi üçün gərəkli olan xüsusi bilik və bacarıqların artırılması, skautinq savadlılığının təkmilləşdirilməsi və dəstə liderlərinin “Dünya Skaut Gənclər Proqramı” çərçivəsində tədrisin daha keyfiyyətli şəkildə təmin edilməsinə yardım məqsədilə “Böyükyaşlılar üçün təkmilləşdirmə məktəbi” adlı layihəyə start veririk.

Yay məktəbi 1 ay ərzində həftədə 2 dərs olmaqla 8 dərsdən ibarət olacaq. Dərslərdə davamiyyəti 100% olan, eyni zamanda tədrisin yekununda qiymətləndirmə zamanı özünü doğruldan liderlər və böyükyaşlı skautlar xüsusi şəhadətnamə əldə edəcəklər.Təkmilləşdirmə məktəbi aşağıdakı dərslərdən ibarət olacaq:

1. Skautinq və skaut dəyərləri – tədrisdə liderlərin skaut metodu

2. Skautinqdə lobbiçilik və təmsilçilik fəaliyyətləri

3. Fəaliyyətin effektiv planlaşdırılması və əməkdaşlıq edərək fəaliyyət

4. Sosial media marketinqi və ictimaiyyətlə əlaqələr

5. Skautinqdə nizam-intizam və dayanıqlılıq

6. Beynəlxalq “Zərərdən müdafiə” təlimi

7. Düşərgələrdə risklərin idarə edilməsi

8. İşgüzar etiket qaydaları və işgüzar fəaliyyətlər

Yay məktəbində iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçməlisiniz:https://bit.ly/2V7l1za

Qeydiyyat üçün son tarix: 30 iyul 2021-ci il, saat 19:00

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən götürülüb. Şəlalə meşəliklə əhatə olunmuş təxminən 30 metr hündürlükdə qayalardan axaraq ağacların bağrında gizlənmiş əsrarəngiz gözəlliyə sahib, dağların qoynuna sığınmış təbiət incisidir.

3 gün davam edən “Xalıt” adlı skautların macəralı yay düşərgəsinin ikinci hissəsi həyata keçirildir. Düşərgənin ikinci hissəsini də uğurla həyata keçirən skautlara eyniylə psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə” və digər təlimlər həyata keçirilib.